Pakistan Beynəlxalq Hava Yolları (PİA) Azərbaycana birbaşa uçuşların açılması barədə xəbər verib.
Bu barədə “Dunya News” məlumat yayıb.
PİA-nın cədvəlinə əsasən, milli aviaşirkət martın 14-dən etibarən Bakıya birbaşa uçuşlara başlayacaq.
Reyslər həftədə iki dəfə Lahordan həyata keçiriləcək.
Qeyd edilir ki, Azərbaycandan əlavə Əfqanıstan və Özbəkistana da uçuşlara start verilib. Bu addımda məqsəd ölkədə xarici valyuta mübadiləsini gücləndirməkdir.