Azərbaycan ərazisində havanın kəskin dəyişməsi beynəlxalq və daxili aviareyslər üzrə uçuşların yerinə yetirilməsinə təsir etməyib.
Bu barədə Fins.az-a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd olunub ki, hazırda Naxçıvan, İstanbul, Antalya və Moskva reyslərinə sərnişinlərin qeydiyyatı başlayıb.
"Havanın kəskin dəyişməsi və güclü qarın yağması daxili və beynəlxalq aviareyslər üzrə uçuşların həyata keçirilməsinə mane olmayıb. Bütün reyslər üzrə uçuşlar cədvəl üzrə yerinə yetirilir. Qısa gecikmələr müşahidə olunur ki, bu da təyyarələrin şaxtaya qarşı xüsusi maye ilə yuyulması ilə əlaqədardır", - deyə hava limanından bildirilib.