TURİZM

19 Fevral

Otel ulduzlarını səhv göstərmək Google-a 1,1 milyona başa gəldi

Fransa ölkədəki otellərin ulduzlarını səhv göstərərək istehlakçıları yanıltdığı üçün Google-a 1,1 milyon avro cərimə kəsib.

Fins.az ted.az-a istinadən bildirir ki, Ədalətsiz Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi İdarəsindən (DGCCRF) verilən yazılı açıqlamada 2019-2020-ci illərdə Google-un 7500 otel haqqında verdiyi məlumatların otellərin öz şikayətindən sonra yoxlandığı bildirilir. Google-un ölkədəki otellərin ulduz sıralamasında istehlakçıları yanıltdığı aşkarlanıb.

Açıqlamada Paris Məhkəməsinin təsdiqindən sonra Google Ireland və Google France-ın 1,1 milyon avro dəyərində cərimələndiyi və şirkət nümayəndələrinin bu cəriməni ödəməyə razı olduqları bildirilib.