İstənilən şəhərlə tanışlıq mehmanxanalardan başlayır. Sovet İttifaqı dövründə Bakıda hər bir İttifaq respublikasının paytaxtında olduğu kimi yalnız bir neçə dəbdəbəli mehmanxana var idi. Onlarda yerləşmək mümkün deyildi, çünki heç vaxt boş otaqlar olmurdu. Şanslı olanlar bir qayda olaraq, ya əvvəlcədən sifariş etməklə, ya da “tapşırıqla” orada yer tapa bilirdilər.
Bir vaxtlar bu mehmanxanalar – “Muğan”, “İnturist” (sonradan qeyri-rəsmi “Köhnə İnturist” adını aldı), “Baki”, “Cənub”, “Abşeron”, “Azərbaycan”, “Moskva”, “Turist”(“Qarabağ”), “Gənclik” - ən son texnologiyaya uyğun olaraq inşa edilib və ən son dəbə uyğun təchiz olunub. Onların tikintisində məşhur Azərbaycan rəssamları və heykəltəraşları iştirak ediblər.
Onların böyük əksəriyyəti XX əsrin 60-70-ci illərdə inşa edilib və bir-birlərinə bənzəyiblər, lakin bunların arasında memarlıq şedevrləri - memar A.V. Şusevin “İnturist” və ya “ Muğan” əsərləri də olub. Bu mehmanxanaların hər ikisi o zaman dəbdə olan konstruktivizm üslubunda tikilib.
“Qarabağ” (“Turist”) mehmanxanası orijinal məkan həlli nümunəsi olaraq bir neçə dərslik və memarlıq üzrə məlumat kitablarına daxil edilib.
Bu mehmanxanaların hamısının bir ortaq cəhəti var: onlar artıq yoxdur, əvvəlki Bakıda qaldılar. Əlbəttə ki, zaman keçdikcə onlar xarab oldular, beynəlxalq tələblərə cavab vermirdilər, lakin bunlar öz vaxtlarında əhəmiyyətli binalar və üslub nümunələri idi.
Azerhistory.com köhnə Bakının mehmanxanalarını təqdim edir:
“Qarabağ” (“Turist”), 1973-cü il. Foto Georgi Konovalova məxsusdur
“Qarabağ” (“Turist”), 1978-ci il
“Moskva”, 1970-ci il
“Moskva”, 1980-ci il
“Moskva”, 1980-ci il
“Moskva”, 1982-ci il
“Muğan”, 1930-cu il
“Muğan”, 1930-cu il
“Muğan”, 1930-cu illər
“Köhnə İnturist”, 1930-cu illər, memar A.V. Şusev
“Köhnə İnturist”, 1933-cü il
“Köhnə İnturist”, 1949-cu il. Foto Naum Qaranovskiyə məxsusdur
“Köhnə İnturist”, 1950-ci il
“Azərbaycan”, 1980-ci il
“Abşeron” və “Azərbaycan”, 1970-ci illər
“Abşeron”, 1970-ci illər
“Abşeron”, 1980-ci illər
“Bakı” 1970-ci il
“Bakı” 1970-ci il
“Bakı” 1980-ci il
“Gənclik” 1970-ci il
“Qarabağ” (“Turist”), 1970-ci illər