TURİZM

15 Fevral

Azərbaycanla Rusiya arasında aviauçuşlar bu gündən bərpa edilir

Rusiya bazar ertəsindən etibarən rəsmi olaraq Azərbaycanla müntəzəm aviareysləri bərpa edir.

Müvafiq qərar 3 fevral tarixində Rusiya hökuməti tərəfindən elan edilib.

Hər iki ölkənin aviaşirkətləri Moskva-Bakı marşrutu ilə həftədə iki uçuş həyata keçirə biləcəklər. Rusiyanın “Aeroflot” aviaşirkəti ötən həftə bildirib ki, fevralın 17-dən etibarən Bakıdan həftədə iki uçuş həyata keçirməyi planlaşdırır.

Azərbaycanın milli hava yolları şirkəti “Azal” 17 fevraldan etibarən Moskvaya xüsusi uçuşlar həyata keçirməyi planlaşdırdığını açıqlayıb. Eyni zamanda, turistlər üçün Azərbaycana giriş hazırda bağlıdır. Ölkəyə yalnız diplomatlar, qohumları Azərbaycan vətəndaşlığı olan əcnəbilər, iş icazəsi və ya oturma izni olan əcnəbilər və tələbələr daxil ola bilərlər.

Qeyd edək ki, pandemiya səbəbindən ölkələr arasında aviauçuşlar keçən ilin martından dayandırılıb.