“Pandemiya səbəbindən Gürcüstanın turizm gəlirləri 2020-ci ildə 3 milyard dollar azalıb və bu, ölkə iqtisadiyyatı üçün çox böyük məbləğdir”.
Bu barədə ölkənin Milli Bankının prezidenti Koba Qvenetadze bildirib.
O deyib ki, COVID-19 pandemiyası ən böyük zərəri Gürcüstanın turizm sahəsinə vurub.
K.Qvenetadzenin sözlərinə görə, iqtisadiyyatı turizmdən asılı olan ölkələrin iqtisadi bərpası gözləniləndən daha çox vaxt tələb edə bilər.