TURİZM

02 Fevral

İstanbuldan Tbilisiyə uçuşlar bərpa edilir

Türkiyənin “Pegasus Airlines” aviaşirkəti İstanbuldan Tbilisiyə birbaşa uçuşları bərpa edir.

Bu barədə Gürcüstan hava limanları birliyinin saytında qeyd edilir.

“İstanbul - Tbilisi - İstanbul” aviareysləri 11 fevral tarixindən etibarən hər gün həyata keçiriləcək.

Ölkənin mülki aviasiya agentliyinin verdiyi məlumata görə, fevral ayında Gürcüstan Tbilisidən 12 ölkəyə müntəzəm uçuşlar həyata keçirəcək.

Hazırda Gürcüstandan Almaniya, Niderland, Polşa, Fransa, Avstriya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Ermənistan, Türkiyə, Ukrayna, Qazaxıstan və Belarusa uçuşlar mövcuddur.