Filippinin gələn ay ölkəyə gələcək xarici vətəndaşlara bəzi şərtlər qoyub.
ABS-CBN bu barədə ölkə prezidentinin sözçüsü Harri Rokun açıqlamasına istinadla məlumat verib.
Bildirilir ki, 1 fevraldan etibarən Filippinə gələcək əcnəbilər giriş zamanı etibarlı hesab edilən vizaya sahib olmalıdırlar.
“Xarici vətəndaşlar ən azı yeddi gün əvvəldən akkreditə olunmuş karantin otelində və ya yaşayış yerində rezervasiya etdirməlidirlər. Onlar həm də gəliş tarixlərinin altıncı günü qaldıqları yerdə koronavirus testindən keçməlidirlər”, - deyə qeyd edilir.