Xaricdə yaşayan Azərbaycan vətəndaşlarına pasportla bağlı müraciət olunub.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən məlumata görə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına uyğun olaraq, 01 yanvar 2020-ci il tarixindən etibarlıq müddəti bitmiş və ya sonra bitən pasportlarının etibarlıq müddəti 01 iyul 2021-ci il tarixinədək uzadılmış hesab olunur.
Xahiş olunur nəzərə alasınız ki, etibarlıq müddəti bitmiş pasport ilə beynəlxalq sərhədləri keçmək mümkün deyil.
Bunu nəzərə alaraq, Azərbaycana səfər edəcəyiniz halda, Səfirlik vasitəsi ilə qayıdış şəhadətnaməsi üçün müraciət etməyiniz xahiş olunur. Daha ətraflı məlumat üçün : //washington.mfa.gov.az/en/content/133/umumi-melumat