Koronavirus pandemiyası ilə əlaqədar arxa plana keçmiş turizm vergisi mövzusu yenidən gündəliyə gətirilib. İqtisadiyyatında turizmin ciddi yeri olan Tailand hökuməti yaxın vaxtlarda 10 dollar məbləğində turizm vergisinin tətbiqinə hazırlaşır.
“Tailandda turistlərdən vergi tutulması məsələsi 2016-cı ildən müzakirə olunsa da, bu addımın atılması hər dəfə təxirə salınıb. Hazırda əsasən turizmdən asılı olan ölkə iqtisadiyyatı pandemiyanın yayılmasına görə zəifləyib. Ona görə də hökumət yaxın gələcəkdə 300 bat (10 dollar) məbləğində turizm vergisinin tətbiqinə hazırlıq görür”, - hökumətə yaxın mənbədən bildirilib.
Bu il Tailand 10 milyon xarici qonaq qarşılamağa hazırlaşır. 2020-ci ildə ölkəyə 6,7 milyon xarici səyyah gəlmişdi ki, bu göstərici 2019-cu ilin göstəricisindən (40 milyon) dəfələrlə azdır.