TURİZM

19 Yanvar

İstanbul Hava Limanı sərnişin sayında Avropada birinci oldu

Yeni növ koronavirus pandemiyası səbəbilə sərhədlərin bağlanması və səyahət qadağanları ilə dünyada hava limanlarının sərnişin saylarında ciddi azalma baş verib.

İstanbul Hava Limanı 2020-ci ildə Avropa hava limanları arasında 23,4 milyon nəfər sərnişin sayı ilə 1-ci yeri tutub.  

Növbəti yerlərdə 22.1 milyon sərnişin ilə "London Heathrow" və "Paris Charles de Gaulle" hava limanları gəlir. "Amsterdam Schiphol" Hava limanı isə 20.9 milyon ilə 4-cü, Almaniyadakı Frankfurt Hava Limanı isə 18.8 milyon sərnişin ilə 5-ci yeri tutub.