TURİZM

19 Yanvar

Avstraliya bu il sərhədlərini açmayacaq?

Avstraliya ilin sonuna qədər sərhədlərini xaricilər üçün qapalı saxlayacaq.

Bunu ölkənin Milli Səhiyyə Departamentinin rəhbəri Brendan Mörfi ABC kanalının efirində deyib.

Onun sözlərinə görə, əhalinin çoxu peyvənd edilsə də, bu ilin çox hissəsində sərhədlər bağlı qalacaq, çünki hələ peyvəndin virusun yayılmasının qarşısını alacağı bilinmir.

Mörfi karantinin bir müddət davam edəcəyini bildirib.

O qeyd edib ki, Avstraliya üçün peyvənd tunelin ucundakı işıq olsa da, səlahiyyətlilər hələ də çox diqqətli olmalıdırlar.

Avstraliyada ümumilikdə 28 721 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.