TURİZM

18 Yanvar

Tailand turizm vergisi tətbiq edəcək

Tailand hökuməti 10 ABŞ dolları məbləğində turizm vergisi tətbiq edəcək.

Sözügedən verginin tətbiqi ideyası krallıqda hələ 2016-cı ildən bəri müzakirə olunur.

Hazırda yeni turizm vergisinin tətbiqi ilə bağlı qərar qüvvəyə minməyib.

"Taİlandın turizm və idman naziri Phiphat Ratçakitprakarn ölkəyə gələn hər bir xarici qonağın 300 Tailand batı (təxminən 10 dollar) ödəməli olduğunu açıqlayıb. Eyni zamanda məlum olub ki, vergi ötən il qüvvəyə minməli idi, lakin qərar bu ilədək təxirə salınıb", - portal qeyd edir.

Turizm vergisindən əldə olunan vəsait qismən səyahət sığortası və turistlərin tez-tez ziyarət etdiyi yerlərin infrastrukturunun yaxşılaşdırılmasına sərf ediləcək.

Xatırladaq ki, Tailand 2021-ci ildə 10 mln. turist qəbul etmək niyyətindədir.