Bakı, 8 yanvar Fins.az
Ermənistan Xarici İşlər Nazirliyinin saytındakı yenilik müzakirələrə səbəb olub. Ölkəyə vizasız gəlməyə icazə verilən xarici ölkələr arasında Azərbaycanın da adı əlavə olunub.
Ermənistan XİN-in saytının məlumatına görə, tələbə əsasən, üzərində şəxsiyyətini təsdiq edən bütün müvafiq sənədlər olan Azərbaycan vətəndaşının Ermənistana girişinə və 180 gün müddətində qalmasına maneəsiz icazə verilir. Bundan əlavə, pasportun (diplomatik, adi, xidməti (rəsmi), xüsusi pasportlar və səyahət sənədi) Ermənistanda olduğu müddət ərzində etibarlı olması lazımdır.
Qeyd edək ki, Ermənistan XİN-in saytında Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin bərpa edilmədiyinə dair 2019-cu ilin qeydi də saxlanılıb.