TURİZM

03 Dekabr

“Ukraynanın Beynəlxalq Hava Yolları” Bakıdan Kiyevə çarter reysləri yerinə yetirəcək

Bakı, 3 dekabr Fins.az

“Ukraynanın Beynəlxalq Hava Yolları” aviaşirkəti  Bakı-Kiyev marşrutu üzrə üç çarter reysi yerinə yetirəcək.

Fins.az xəbər verir ki,uçuşlar dekabrın 14-dən 28-dək  həftədə bir dəfə, birinci günlər həyata keçiriləcək.

Reyslərə Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında xidmət göstəriləcək.

Qeyd edilən çarter uçuşları yalnız Ukrayna vətəndaşlığı və ya Ukraynaya giriş hüququ olan, həmçinin COVID-19 testindən keçərək mənfi nəticə əldə edən sərnişinlərin daşınması üçün nəzərdə tutulub. 

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti