Bakı, 20 noyabr Fins.az
"Moody's Investors Service" COVID-19 pandemiyasının ikinci dalğasının gələcək aylarda sərnişinlərin hava nəqliyyatına tələbatı bir qədər də azaldacağından, 2021-ci ildə aviadaşımalar üzrə mənfi proqnoz verib.
Fins.az xəbər verir ki, pandemiyanın ilk 6 ayında sərnişinlərin hava nəqliyyatına tələbatı gözlənilən bədbin ssenaridən daha yaxşı olsa da, pandemiyanın ikinci dalğası tələbatı 2021-ci ildə yenidən gözləntilərdən aşağı salacaq. Bu il ümumi sərnişin trafikində azalma 65-75% olacağı gözlənilir.
Agentlik qeyd edir ki, pandemiyadan əvvəl aviaşirkətlərin ortalama reytinqi "Ba1" səviyyəsində idisə, hazırda ortalama reytinq "Ba3"ə bərabərdir.
"Moody's" sözügedən sektorda bu il 124 mlrd. ABŞ dolları, 2021-ci ildə isə 155 mlrd. dollar səviyyəsində gəlir proqnozlaşdırır, halbuki 2019-cu ildə aviaşirkətlərin gəlirləri 315 mlrd. dollar olub.