Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee AZAL prezidenti Cahangir Əsgərovla görüşüb.
Fins.az-ın xəbərinə görə, bu barədə Pakistan səfiri "Twitter"də bildirib.
Səfir Bilal Hayee bildirib ki, görüşdə Pakistan və Azərbaycan arasında birbaşa uçuşların təşkili perspektivləri müzakirə olunub.
"COVID-19-la bağlı vəziyyət yaxşılaşan kimi birbaşa uçuşların başlayacağı xəbərini bölüşməkdən məmnunam", - deyə səfir qeyd edib.