İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında hava əlaqəsi, vizasız rejim, investisiyaların qorunması, həmçinin elm və texnologiya sahəsində əməkdaşlığa dair ikitərəfli sazişlər imzalanıb.
Fins.az xəbər verir ki, sənədlər hər iki ölkənin nümayəndələri tərəfindən Təl-Əvivin Ben Qurion hava limanında İsrailin Baş Naziri Binyamin Netanyahu, ABŞ-ın Maliyyə naziri Stiven Mnuçin və BƏƏ-nin Maliyyə naziri Obeyd bin Humeyda ət-Tayerin iştirakı ilə imzalanıb.