Bu ilin sentyabr ayında Gürcüstan xarici turizmdən 15,7 milyon ABŞ dolları gəlir əldə edib.
Fins.az-ın xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankının hesabatında bildirilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə gəlirin məbləği 302,9 milyon ABŞ dolları və yaxud 95,1% azalıb.
Sentyabrda Gürcüstan 52,1 min beynəlxalq ziyarətçi, 41,8 min turist qəbul edib. Beynəlxalq ziyarətçilərin sayında illik müqayisədə 93,8%, turistlərin sayında isə 92,2% azalma qeydə alınıb.