Bank rəhbərləri Mərkəzi Bankın tövsiyələri əsasında krediti olan vətəndaşlara edilən güzəştlərin tətbiqi mexanizmini müzakirə ediblər.
Fins.az məlumat verir ki, müzakirə edilən əsas məsələlərdən biri fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub.
Kreditini ödəyə bilməyən vətəndaşlar mütləq banklara müraciət etməlidirlər. Əgər vətəndaş koronavirus pandemiyasından zərər çəkibsə, onun kredit müqaviləsi bank tərəfindən yumuşaldılacaq və ona kreditin ödənilməsi üçün sentyabr ayının 30-a qədər müəyyən möhlət veriləcək. Bunu Azərbaycan Banklar Assosiasiyasının icraçı direktoru Yunus Abdulov deyib. O bildirib ki, Assosiasiyasının Rəyasət Heyətinin iclasında Mərkəzi Bankın qəbul etdiyi qərarın və banklara verdiyi tövsiyyələrin tətbiqi mexanizmi müzakirə edilib.
Əsas müzakirə obyekti fiziki şəxslər tərəfindən alınan istehlak kreditlərində yarana biləcək gecikmələr olub. Yunus Abdulov qeyd etdi ki, bank və bank olmayan kredit təşkilatları bu məsələdə müştərilərə həssas yanaşacaq və mərkəzi bankın tövsiyyələrini əsas götürəcək. Martın 1-ə qədər keyfiyyəti qənaətbəxş olan və pandemiya ilə əlaqədar kredit borcunu gecikdirən fiziki şəxslərə güzəştlər ediləcək.
Banklara müraciət edən və kreditini ödəməkdə çətinlik çəkənlərin kredit tarixçəsi də korlanmayacaq. Banklar belə müştəriləri kredit bürolarına xüsusi qeydlərlə təqdime dəcək.
İclasda həmçinin fiziki şəxslərə ipoteka və kredit zəmanəti fondunun vəsaiti hesabına verilən kreditlər də müzakirə edilib.Bu təyinatlı kreditlərə güzəşt edən bank və kredit təşkilatlarının requlyativ yükü mərkəzi bank tərəfindən azaldılacaq.
Yunus Abdulov deyir ki, kredit borcu olan sahibkarlara kredit ödənişinin gecikməsi zamanımüəyyən güzəştlər ediləcək. Mart ayının 1-ə qədər kredini normal ödəyən sahibkarlar restrukturizasiya ilə bağlı banklara müraciət edə bilərlər.
Bu arada mərkəzi bank, bank və bank olmayan kredit təşkilatlarının tibii ləvazimat və avadanlıq istehsalçılarına verdikləri kreditlərin risq səviyyəsini
azaldıb.Bununla da,banklar və kredit təşkilatları bu sahəyə kredit verməkdə daha çox maraqlı olacaq və müştərilərə cəlbedici təkliflər verəcək.