Finss.az - Yüksək qan təzyiqinin səbəbləri arasında gözlənilməz amillər də mövcuddur.
Kaliforniya Universitetinin tibb professoru Akşay Sayal bildirir ki, hipertoniyanın gizli “təxribatçıları” yalnız artıq çəki, siqaret, alkoqol, duzlu qidalar, stress və yuxusuzluq deyil. Yuxu apnoesi, pəhrizdə yüksək şəkər qəbulu, ağrıkəsicilərin həddindən artıq istifadəsi və tənhalıq da yüksək təzyiqin səbəblərinə daxildir.
Yuxu apnoesi zamanı nəfəsin qısa müddət dayanması qanda oksigen səviyyəsinin azalmasına gətirib çıxarır. Bu halda ürək oksigen çatdırmaq üçün daha çox işləyir və nəticədə təzyiq yüksəlir.
Şəkərin çox olması isə qanın həcm və damarlar üzərində yükünü artırır, zəif damar sağlamlığı isə diabetlə əlaqələndirilir.
Ağrıkəsicilərdən, xüsusilə diklofenak, ibuprofen, naproksen və ketoprofen kimi qeyri-steroid iltihab əleyhinə dərmanların çox istifadəsi hipertoniyanı gücləndirə bilər.
Tənhalıq yaşayan insanlarda isə sosial təcrid və stress nəticəsində ürək-damar xəstəlikləri riski artır və bu da hipertoniyaya tutulma ehtimalını yüksəldir.