Tibb

24 İyul

Dr. Reddy's arıqlama dərmanı Wegovy-nin generik istehsalına başlayır

Finss.az - Hindistanın əczaçılıq nəhəngi Dr. Reddy's Laboratories gələn ildən Novo Nordisk şirkətinin məşhur arıqlama preparatı Wegovy-nin generik versiyasını 87 ölkədə istehsal etməyi planlaşdırır.

Bu barədə şirkətin baş direktoru Erez İsraeli məlumat verib.

Patent müddətinin başa çatması ilə generik məhsulun ilk mərhələdə Hindistan, Kanada, Türkiyə və digər inkişaf etməkdə olan bazarlarda satışa çıxarılması nəzərdə tutulur. ABŞ və Avropa bazarlarında satışlara isə 2029–2033-cü illərdə başlanacağı bildirilib.

Dr. Reddy's generik satışlarından yüz milyonlarla dollar gəlir gözləyir. Şirkət artıq aidiyyəti ölkələrdə qeydiyyat prosesinə start verib. Novo Nordisk isə may ayında patent hüquqlarının pozulması ilə bağlı Dr. Reddy's şirkətinə qarşı məhkəmə iddiası qaldırıb.

Hazırda Cipla, Lupin, BioconSun Pharma kimi digər Hindistan şirkətləri də analoji istehsala hazırlaşır.