Finss.az - Endometriozun müasir dərman vasitələri Praqada keçirilən SEUD Konqresində əsas mövzulardan biri oldu.
Gedeon Richter şirkətinin dəstəyi ilə keçirilən simpoziumda Fransadan, Almaniyadan, Belçikadan və İtaliyadan olan mütəxəssislər bu sahədəki ən yeni tibbi nailiyyətləri təqdim edib, xəstəyə yönəlmiş fərdi müalicə üsullarının əhəmiyyətini vurğulayıblar.
Əvvəllər endometriozun əsas müalicə yolu cərrahi müdaxilə olsa da, hazırda prioritet dərman terapiyasına verilir. Hormon preparatları estrogen səviyyəsini azaldaraq xəstəliyin inkişafını yavaşladır və klinik tədqiqatlar göstərir ki, bu müalicə ilə qadınların 70%-dən çoxunda ağrılar azalır və həyat keyfiyyəti yaxşılaşır.
Gedeon Richter şirkəti endometriozun simptomatik müalicəsi və uşaqlıq mioması üçün yeni kombinə olunmuş dərmanı bazara təqdim edib. Bu dərman gündə bir dəfə qəbul olunur, təhlükəsiz və uzunmüddətli təsir göstərir, həmçinin cərrahi müdaxilənin qarşısını almağa imkan verir.
Şirkətin «Qadın sağlamlığı» şöbəsinin rəhbəri Peter Turek bildirib ki, müasir və innovativ müalicə üsullarının tətbiqi milyonlarla qadının həyat keyfiyyətini artırmaq üçün vacibdir.
Qeyd olunur ki, ağır hallarda cərrahi müdaxilə hələ də vacibdir, lakin yüksək residiv riski səbəbindən dərman terapiyası təhlükəsiz və effektiv alternativ olaraq önə çıxır.