Tibb

17 Mart

AstraZeneca EsoBiotec-i 1 mld. dollara alır

Finss.az - AstraZeneca, 1 milyard dollar dəyərində EsoBiotec biotexnologiya şirkətini alacağını elan edib.

Alqı-satqı, EsoBiotec-in innovativ ENaBL platformasını əldə etməklə, hüceyrə terapiyasını bir neçə dəqiqə ərzində həyata keçirməyə imkan verəcək. Sövdələşmə çərçivəsində AstraZeneca, 425 milyon dollar ilkin ödəniş və inkişaf mərhələlərinə əsaslanan 575 milyon dollar əlavə ödəmə edəcək.

Əməliyyatın 2025-ci ilin ikinci rübündə başa çatması gözlənilir. AstraZeneca, alqı-satqının 2025-ci ilin maliyyə proqnozlarına təsir etməyəcəyini bildirib.