Tibb

12 Mart

Qazaxıstanın yerli xərçəng dərmanının sınağı uğurla davam edir

Finss.az - Qazaxıstanda xərçəngə qarşı yerli istehsal olan dərman hazırda 2-ci faza klinik sınağındadır və onun qeydiyyatı ilin sonuna gözlənilir.

Bu barədə ölkənin elm və ali təhsil naziri Sayasat Nurbek məlumat verib.

O, bildirib ki, faza 1 klinik sınaqları keçən il başa çatıb və təcrübələrdə iştirak edən xəstələrin sayı artıb. Keçən il dərman yalnız kolon xərçənginin müalicəsi üçün sınaqdan keçirilirdisə, indi bütün xərçəng növlərinin müalicəsi üçün test edilir.

Nazir qeyd edib ki, testlər yeni dərman müalicəsinin müsbət nəticələr verdiyini göstərir. Şişlərdə böyümə orta hesabla 30 faiz azalıb və dərman qəbul edən xərçəng xəstələrində irəliləyişlər müşahidə olunub. İl sonunda nəticələri təqdim etmək məqsədilə mətbuat konfransı keçiriləcək.

Zemfira Ms
Finss.az