Finss.az - Beynəlxalq alimlər qrupu, öz-özünə müalicə edə bilən süni dərinin prototipini yaradıb.
"Science Advances" jurnalında dərc olunan tədqiqata görə mütəxəssislər termoplastik poliuretan əsasında yeni bir material hazırlayıblar. Bu materialın çərçivəsi elastiklik və möhkəmliyi təmin edən yumşaq və sərt seqmentlərdən ibarətdir. Alimlər, güclü hidrogen bağları və termoplastiklik sayəsində dəri zədələndikdə sürətlə bərpa oluna bildiyini qeyd ediblər.
Testlər zamanı zədələnmiş süni dəri, 10 saniyə ərzində 80 faiz funksionallığını bərpa edib. İlk nümunələr isə bir neçə dəqiqə və hətta saatlar ərzində bərpa olub. Mütəxəssislər, materialda hüceyrədaxili disulfid bağlarının əmələ gəlməsi sayəsində rekord bir özünü sağalma müddətinə sahib dəri yaratmayı bacarıblar.
Bu elektron dərinin əsas məqsədi tibbi məlumatları toplamaqdır. Daxili sensorlar vasitəsilə ürək haqqında məlumat toplamaq və həmçinin oynaqların hərəkətini izləmək mümkündür. Alimlər, bu materialın, qismən məhv edilsə belə, davamlı olaraq tibbi məlumatları toplamağa imkan verdiyini bildiriblər.
Zemfira Ms
Finss.az