Tibb

12 Mart

Dubayda səyyar tibbi laboratoriya təqdim edilib

Finss.az - Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinin bələdiyyəsi, testlərin birbaşa avtomobildən aparılmasına imkan verən sürüşmə sisteminə malik səyyar tibbi laboratoriya təqdim edib.

Analizdən sonra müvafiq məlumatın ötürülməsi yalnız bir dəqiqə çəkəcək. Ən müasir laboratoriya, Dubay bələdiyyəsinin innovativ həllərin tətbiqi və dövlət xidmətlərinin təkmilləşdirilməsi üzrə strateji təşəbbüsünün bir hissəsidir.

Avtomobil laboratoriyasının xidmətlərindən dövlət və qeyri-hökumət təşkilatları, özəl şirkətlər, ekologiya, təhlükəsizlik və sağlamlıq sahəsində mütəxəssislər, həmçinin aerokosmik sənayenin nümayəndələri istifadə edə bilərlər.

Laboratoriyanın dizaynı zamanı yaşlılar və əlillər üçün əlçatanlığa xüsusi diqqət yetirilib. Effektiv sistem, müştərilərə hətta pik vaxtlarda belə, bir dəqiqədən az müddətdə xidmət göstərməyə imkan verir. Bundan əlavə, laboratoriyada test nəticələrinin verilməsi üçün xüsusi pəncərə mövcuddur.

Müştəri xidməti beş dildə təqdim edilir ki, bu da onu Dubayın multikultural əhalisi üçün əlçatan edir.

Zemfira Ms
Finss.az