Tibb

25 Fevral

MERS virusunun oxşarı yarasalarla aşkarlanıb

Finss.az - Son aparılan tədqiqatda yarasalarda aşkar edilən bir virusun, Yaxın Şərq Respirator Sindromu (MERS) ilə oxşar olduğu bildirilib.

Alimlərin açıqlamasına görə, bu virus, MERS-ə səbəb olan virusla eyni qrupda yer alır və buna görə insanlar arasında da yayıla bilər.

Tədqiqatda qeyd olunur ki, virusun insanlar arasında necə yayıldığı hələ tam olaraq araşdırılmayıb. Lakin MERS, əsasən dəvələrdən insanlara birbaşa fiziki təmasla keçərək yayılır. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin (CDC) məlumatına görə, MERS xəstəliyi əsasən Ərəbistan Yarımadasının ölkələrində, xüsusilə Səudiyyə Ərəbistanı, Küveyt və Qətərdə müşahidə olunur.

Alimlər, virusun gələcəkdə insanlara necə təsir edəcəyini və yayılma riskini anlamaq üçün əlavə tədqiqatların lazım olduğunu vurğulayır. Bu araşdırma, qlobal səhiyyə və təhlükəsizlik məsələləri üçün böyük əhəmiyyət kəsb edir.