Tibb

31 Oktyabr

X-ə yeni rəqib gəlir

Məşhur sosial media platforması Mastodon-un son yeniləməsi xəbərləri izləməyi asanlaşdırıb. X-in rəqibi olan sosial media platforması Mastodon, yeni yeniləməsi ilə artıq siyahılar yarada və izləyicilərini müəyyən mövzulara görə ayıra bildiyini açıqlayıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Mastodon-un qurucusu Eugen Rochko izah edib:

"Yeni yeniləmə ilə indi fərdi siyahılar yaratmaq və izləyicilərinizi xüsusi mövzulara və ya maraqlara görə təsnif etmək və onları ev lentinizdən silmək imkanınız var. Deyə bilərik ki, iOS və veb komandalarımız daim yeni funksiyalar və təkmilləşdirmələr üzərində işləyirlər".

Lists mobil tətbiqinin App Store versiyasına nə vaxt gələcəyi ilə bağlı məlumat paylaşılmayıb. Sosial media platforması bu ay təxminən 2,1 milyon aylıq aktiv istifadəçiyə çatıb.

Günel Məlikzadə
Fins.az