TENDER

26 Noyabr

Binanın qazlaşdırılmasına dair yerinə yetiriləcək işlərin və mal-materialın satınalınması - TENDER

“ABB” ASC, Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 14 ünvanında yerləşən “ABB” ASC-nin Yasamal filialının inzibati binasının qazlaşdırılmasına dair işçi layihə əsasında yerinə yetiriləcək işlərin və mal-materialın satınalınması üzrə kotirovka sorğusu elan edir.

Fins.az şirkətin kotirovka üzrə tələb və şərtlərini təqdim edir:

Kotirovka sorğusunun elan tarixi: 21.11.2024

Kotirovka sorğusunda iştirak etmək istəyən iddiaçılar öz qiymət kotirovkalarını qapalı zərfdə imzalanmış və ya möhürlənmiş şəkildə Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi 67 ünvanında yerləşən “ABB” ASC-nin Baş ofisinə 28 noyabr 2024-cü il saat 17:00-a qədər təqdim etməlidirlər.

Kotirovka sorğusu proseduru üzrə zərflərin açılışı 29 noyabr 2024-cü il saat 15:20-da keçiriləcəkdir.

Kotirovka sorğusu ilə bağlı əlavə məlumat almaq üçün adı qeyd edilmiş “ABB” ASC-nin əməkdaşına (Nərgiz Şahsuvarova: (012) 493-00-91, daxili 82-17/82-12, elektron poçt ünvanları:([email protected] və [email protected]) müraciət edə bilərsiniz.   
    

Zemfira Ms
Fins.az