TENDER

18 Oktyabr

“RABİTƏBANK” ASC AÇIQ TENDER ELAN EDİR

Tender elanının məqsədi: “Rabitəbank” ASC-yə məxsus Kartmane kartı ilə bağlı tanıtım mahnısı (jingle) reklamlarının 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək Bravo və Araz marketlər şəbəkəsində səsləndirilməsi üzrə xidmət təminatçısının seçilməsi.
 

Tenderin şərtləri:

Reklamlar gündəlik 1 saat ərzində 2 dəfə səsləndirilməlidir. Ümumi say marketlərin iş rejiminə əsasən dəyişə bilər.

Reklam spotlarının hər biri maksimum 30 saniyəlik olmalıdır.

Xidmətin göstərilməsi 1 dekabr 2024-cü il tarixindən, 31 may 2025-ci il tarixinədək davam edəcək.
 

Əlavə şərtlər:

Tenderdə yalnız Azərbaycan Respublikasında fəaliyyət göstərən və müvafiq lisenziyaya sahib şirkətlər iştirak edə bilər.
 

Tenderin elan tarixi: 17.10.2024

Tenderin son tarixi: 25.10.2024, saat 12:00.
 

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
     

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək) - Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifləri Azərbaycan dilində, imzalanmış və möhürlənmiş halda qapalı zərfdə (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir. Zərfin üzərinin möhürlənməsi və aidiyyatı tenderin adının qeyd edilməsi mütləqdir.

İştirak etməkdə maraqlı olan şirkətlər tenderin tələbləri, şərtləri və digər suallar üçün [email protected] elektron ünvanına və ya +99450 263 73 53 nömrəsinə müraciət edə bilərlər.

Zemfira Ms
Fins.az