“ABB” ASC, “Forcepoint DLP” (Data Lost Prevention) sisteminin lisenziyalarının müddətinin uzadılması xidmətinin satın alınması üzrə tender elan edir.
Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:
Tenderin elan tarixi: 11.10.2024
Tender 1 lot üzrə keçirilir.
İştirak haqqı: Lot – 1 üzrə 150 (bir yüz əlli) manat
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.
Tenderdə iştirak etmək istəyən şirkətlərin xidmət göstərən sahə üzrə ən azı 3 (üç) il iş fəaliyyəti olması tələb olunur.
Tenderdə iştirak etmək istəyənlər lot üzrə aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən və təsdiqlənmiş ödəniş tapşırığını [email protected] elektron poçt ünvanına göndərdikdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu əldə edə bilərlər.
VÖEN: 9900001881
İştirakçılar Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvandan (Əlaqələndirici şəxs: Şəbnəm Əliyeva telefon: 012 493-00-91, daxili 8212, elektron poçt ünvanı: [email protected]) ala bilərlər.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 25 oktyabr 2024-cü il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərflərdə 31 oktyabr 2024-cü il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 nömrəli ünvana təqdim etməlidirlər.
Ətraflı məlumat əldə etmək üçün "ABB" ASC-nin saytına daxil ola bilərsiniz.
Zemfira Ms
Fins.az