TENDER

11 Oktyabr

İT infrastrukturunun, İnternet və Mobil Bank tətbiqlərinin nüfuzetmə testlərinin keçirilməsi - TENDER

"Rabitəbank" ASC“, “İT infrastrukturunun, İnternet və Mobil Bank tətbiqlərinin nüfuzetmə testlərinin keçirilməsi” xidmətinin satın alınmasıilə bağlı açıq tender elan edir.

Fins.az şirkətin tender üzrə tələb və şərtlərini təqdim edir:

Tenderin elan tarixi: 11.10.2024
Tenderin son tarixi:  21.10.2024, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

  • İştirakçı şirkətin bu sahədə təcrübəsi və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

  • Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat, portfolio və s.)
  • Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri – Lazım olduğu təqdirdə istək olunacaq
  • Qiymət təklifi (Azərbaycan manatı və ƏDV ilə qeyd olunmalı)
  • Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)- Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd – Lazım olduğu təqdirdə istək olunacaq
  • Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə Bakı şəh., AZ 1010, 28 May küç. 33 ünvanına  göndərilməlidir.
  • Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.
     

Zemfira Ms
Fins.az