TENDER

12 Sentyabr

Nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması - TENDER

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi Xidməti nəqliyyat vasitələri üçün ehtiyat hissələrinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1000108281
Satınalan təşkilatın ünvanı: Səttar Bəhlulzadə 10.
Ehtimal olunan qiymət: 371.059,15 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az