"Rabitəbank" ASC Şirvan filialında fasad işləri ilə bağlı tender elan edir.
Bu barədə Fins.az-a bankdan məlumat verilib.
Əlavə suallar yaranarsa əlaqədar şəxsin elektron ünvanına və ya telefonla ([email protected] və [email protected], 051 271 48 48) müraciət etmək olar.
Təklifləri imzalı və möhürlü şəkildə qapalı zərfə yerləşdirdikdən sonra zərfin üzərini möhürləmək, aidiyyatı tenderin adını qeyd etmək və 08.07.2024-cü il tarixi saat 13:00-a kimi "Rabitəbank"ın Satınalmalar şöbəsinə - Baş ofis, Bakı şəh., 28 May küç.33, AZ1010 ünvanına göndərmək xahiş olunur.
Qeyd:
1. İcra müddəti təklifdə mütləq qeyd edilməlidir
2. Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
3. Dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olan
4. Qeyd olunan sahə ilə bağlı lisenziyası olmalıdır
5. Referansların və tövsiyə məktublarının da göndərilməsi xahiş olunur.
Tenderin texniki şərti, materialları haqqında ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: //rbt.az/tnshr
Fuad Mədətov
Fins.az