TENDER

15 İyun

Qripə qarşı peyvəndin satınalınması - TENDER

"Səhiyyənin Təminat Mərkəzi" Publik Hüquqi Şəxsi qripə qarşı peyvəndin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1008078521
Satınalan təşkilatın ünvanı: Azərbaycan Respublikası. Bakı şəhəri, AZ 1022 akad. M.Mirqasımov küç. 1A
Ehtimal olunan qiymət: 224.495,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az