TENDER

03 May

Şəhərinin işıqlandırılması işlərinin satınalınması - TENDER

Tovuz Rayon İcra Hakimiyyəti Başçısının Tovuz Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Tovuz şəhərinin işıqlandırılması işlərinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 190 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 7300138191
Satınalan təşkilatın ünvanı: Tovuz şəhəri, Şəhriyar küçəsi 3
Ehtimal olunan qiymət: 95.000,00 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az