TENDER

29 Aprel

Yanğınsöndürən balonların doldurulması və təmiri xidmətinin satınalınması - TENDER

Quba Rayon üzrə Maliyyə Şöbəsi yanğınsöndürən balonların doldurulması və təmiri xidməti, binanın dam örtüyündə hopdurma işlərinin aparılması və yanğın mühafizə sistemlərinin və vasitələrinin servis xidmətinin satınalınmasının birgə həyata keçirilməsi üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 10 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 4500248461
Satınalan təşkilatın ünvanı: Ə.ORUCOV 16
Ehtimal olunan qiymət: 1.522,28 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az