TENDER

14 Aprel

Binanın yanğın mühafizə sistemlərinin və vasitələrinin servisinin satınalınması - TENDER

Oğuz Rayonu üzrə Maliyyə Şöbəsi inzibati binanın yanğın mühafizə sistemlərinin və vasitələrinin servisi, yanğınsöndürən balonların doldurulması, təmirinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 10 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1400339161
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri A.Səhhət-32.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az