Şəki Şəhər İcra Hakimiyyəti 2024-cü il ərzində Şəki şəhərində keçiriləcək beynəlxalq, respublika və şəhər əhəmiyyətli festival və bayram tədbirlərinin satınalınması (Otel və restoran xidmətləri) üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 194.55 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 3000072051
Satınalan təşkilatın ünvanı: Az 5500 20 Yanvar küçəsi, 8
Ətraflı məlumat üçün keçiddən istifadə edin.
Fuad Mədətov
Fins.az