TENDER

05 Aprel

Laborator tibbi xidmətlərin satınalınması - TENDER

“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” publik hüquqi şəxs laboratoriya şöbəsinin yenidən təşkil olunması və standartlaşdırılması məqsədilə vətəndaşlara göstəriləcək laborator tibbi xidmətlərin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 1500 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 2300213451
Satınalan təşkilatın ünvanı: Gəncə şəhəri Nizami prospekti 412.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az