TENDER

04 Aprel

Sahibkarlığın İnkişafı Fondu sığortaçı seçir - TENDER

İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu balansında olan nəqliyyat vasitələrinin kasko sığortalanması üçün açıq tender elan edib.

Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 25 manatdır.

İddiaçılar təkliflərini aprelin 24-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanına təqdim edə bilər.

Təkliflərə aprelin 24-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az