TENDER

03 Aprel

“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir

Yelo Bank-ın Brendin İdarəedilməsi departamentinin poliqrafiya və çöl reklamı sifarişləri üçün texniki tender elan olunur. Qeyd edək ki, texniki tenderdə yalnız nümunə tələb olunur, qiymətlər təqdim edilmir. Sifarişçinin tələblərinə cavab verən nümunələr seçilmiş hesab ediləcək. Seçilmiş nümunələri hazırlayan tender iştirakçısı maliyyə tenderində iştirak etmək hüququ əldə edir.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

- Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;

- Ödəmə qabiliyyəti olmalı;

- Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;

- Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;

- Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalıdır.

Texniki şərtlər və tenderdə iştiraka dair tələblər ilə aşağıdakı linklərə keçid edərək tanış ola bilərsiniz: //bit.ly/3J17UoK


Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!