TENDER

29 Mart

Gənclər Fondu auditor seçir - TENDER

Gənclər Fondu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 37 manatdır.

İddiaçılar təkliflərini aprelin 14-nə qədər Fondun Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 93 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə aprelin 14-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.

Xatırladaq ki, Gənclər Fondu ölkə prezidentinin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb, dövlət başçısının 7 mart 2018-ci il tarixli fərmanı ilə isə publik hüquqi şəxsə çevrilib.

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Fins.az