Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti video qrafika, video çarxların hazırlanması, reklamların internetdə yerləşdirilməsi, bukletlərin dizaynı, bukletlərin dizaynına düzəlişlərin edilməsi, açıq havada reklamların yerləşdirilməsi üçün dizayn, konfrans otaqları üçün arxa panonun hazırlanması və quraşdırılması, xüsusi teksturalı blankların dizaynı və hazırlanmasının satınalınması üzrə tender elan edir.
Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Satınalan təşkilatın VÖEN-i: 1300204521
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155.
Ətraflı məlumat üçün keçiddən istifadə edin:
Fuad Mədətov
Fins.az