TENDER

19 Mart

Tədbirlərin təşkili, keçirilməsi və iştirak xərclərinin satınalınması - TENDER

Sumqayıt şəhər İcra Hakimiyyəti “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsi üzrə Sumqayıt şəhərinin 75 illiyi ilə bağlı bayram tədbirlərinin təşkili, keçirilməsi və iştirak xərclərinin satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 350 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 2900054881
Satınalan təşkilatın ünvanı: AZ 5000, Azərbaycan Respublikası, Sumqayıt ş., Azərbaycan prospekti, 9.

Ətraflı məlumat üçün keçiddən istifadə edin:

Fuad Mədətov
Fins.az