TENDER

15 Mart

İqtisadi Zonaların İnkişafı Agentliyi auditor seçir - TENDER

İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2023-cü il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditi üçün kotirovka sorğusu elan edib.

Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 77 manatdır.

İddiaçılar təkliflərini aprelin 4-nə qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 20 ünvanına təqdim edə bilərlər.

Təkliflərə aprelin 4-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.

Fuad Mədətov
Fins.az