İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) əməkdaşlarının könüllü tibbi sığortalanması üçün açıq tender elan edib.
Fins.az xəbər verir ki, tenderdə iştirak haqqı 109 manatdır.
İddiaçılar təkliflərini aprelin 6-na qədər SİF-in Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.
Təkliflərə aprelin 6-da, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az