Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) 2022-23-cü illər üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Fins.az xəbər verir ki, sorğuda iştirak haqqı 65 manatdır.
İddiaçılar təkliflərini aprelin 2-nə qədər AMADA-nın Bakı şəhəri, İzmir küçəsi, 8 ünvanında yerləşən ofisinə təqdim edə bilərlər.
Təkliflərə aprelin 2-də, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.
Fuad Mədətov
Fins.az