TENDER

06 Mart

İnşaat materiallarının satınalınması - TENDER

Yevlax Suvarma Sistemləri İdarəsi cari və əsaslı təmir işləri üçün inşaat materiallarının satınalınması üzrə tender elan edir.

Fins.az xəbər verir ki, iştirak haqqı 123.58 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 2200071801
Satınalan təşkilatın ünvanı: Yevlax rayonu, Aran qəsəbəsi.

Ətraflı məlumat üçün keçiddən istifadə edin:

Fuad Mədətov
Fins.az